İyunun 17-də Ermənistan parlamenti hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihəyə baxacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı Sərəncam qanunverici orqanın saytında dərc olunub.
İclasın gündəliyinə hökumətin istefası və yenisinin formalaşdırılması məsələsi daxildir.
Məlumata görə, iclas müxalifət fraksiyalarının təşəbbüsü ilə çağırılıb. Belə ki, müvafiq qanun layihəsi müxalifətdə olan “Ermənistan” və “Mənim namusum var” fraksiyaları tərəfindən təklif edilib.
Bizim.Media