Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyəti məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyət arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.
Bizim.Media