Gürcüstanın paytaxtı Tbilisidə epidemioloji vəziyyətlə bağlı bütün məktəbəqədər müəssisələr 5 noyabrdan etibarən rəsmi olaraq faəliyyətini dayandıracaq.
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi tərəfindən keçirilən iclasda qərar verilib.
Tbilisi meri Kaxa Kaladze bildirib ki, bu, məcburi tədbirdir və şəhərdəki çətin epidemioloji vəziyyət belə qərarı zəruri edib.
Bizim.Media