İrəvan metrosunda rus dilindəki işarələr yenidən ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “armeniasputnik.am” saytı Karen Dəmirçyan adına İrəvan Metropoliteninin mətbuat xidmətinə istinadən yayıb.
"Üçdilli nişanların yenilənməsi işləri tamamlandı. Bütün stansiyalardakı lövhələr İrəvan Metropoliteninin direktoru vəzifəsini icra edən Gevorg Avetisyanın əmri ilə yeniləndi". Açıqlamada deyilir.
Bundan əvvəl KİV-lər İrəvan metrosunda rus dilindəki lövhələrin yığışdırıldığını, yalnız erməni və ingilis dillərində qaldığını bildirmişdi.
İrəvan metrosu 10 stansiyası olan bir xəttdir. Dünyada metrolar arasında uzunluğuna görə 169-cu yerdədir.
Bizim.Media