Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün iki günlük işgüzar səfərlə Kazana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Mane Gevorgyan yayıb.
Mənbə bildirir ki, qarşılanma mərasimində Paşinyan Türk çörəyindən dadıb.
Qeyd edək ki, 29-30 aprel tarixlərində Tatarıstanın paytaxtı Kazanda Avrasiya Hökumətlərarası Şurasının əyani iclası keçiriləcək. İclas dar çərçivədə cümə axşamı, geniş tərkibdə cümə günü baş tutacaq.
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın hökumət başçıları Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təcili vəzifələrini müzakirə edəcəklər.
Daxili bazarın işinə, gömrük və tarif tənzimlənməsinə, həmçinin kosmik tədqiqatlar sahəsində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, hökumət başçıları 2025-ci ilə qədər AİB çərçivəsində sənaye əməkdaşlığının əsas sahələrini nəzərdən keçirəcəklər.
Bizim.Media