Zəngəzur mahalında (Sünik) neytral zonanın yaradılması gələcəkdə insidentlərin istisna edilməsinə imkan verəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyana istinadən yayıb.
O, parlamentdəki jurnalistlərə bölgədəki vəziyyəti şərh edib.
Melkonyan qeyd edib ki, neytral zona hər iki tərəfdə, xüsusilə bölgə sakinləri və əsgərlər arasında təmasın istisna edilməsi üçün vacibdir.
Onun sözlərinə görə, məlum səbəblərə görə delimitasiya və demarkasiyadan əvvəl təhlükəsizlik barədə danışmağa ehtiyac yoxdur:
“O zamana qədər hadisələrin qarşısının alınacağını demək, sadəcə fantaziya janrında deyilən sözə bənzəyir”.
Bizim.Media