Paşinyan sığortalandı - Seçkilərdə təhlükə olarsa...

Qarabağda və Zəngəzur ərazisində etirazlar hələ soyumayıb. Şuşada quruculuq işləri aparılır, Xankəndində isə “bəlkə də qaytardılar” xülyası ilə sülhməramlıların sifariş verdiyi rəqsi ifa edirlər.

İrəvanda isə hamının başı seçkiyə qarışıb. İçi qərbyönümlü qüvvələrdən tutmuş, revanşist “Qarabağ klanı”na kimi, hamı Ermənistanda kürsü davasına çıxıb. Mübarizə ölüm-qalım mübarizəsidir, çünki istənilən cinahın məğlubiyyəti onun siyasi sonunu gətirmiş olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan istefa verdi - AMMA...


Bu arada Qarabağda və Zəngəzurda coşan ehtiraslar “yenidən müharibə olacaq” anonsunu verir. Bəs yenidən müharibə olacaqmı?

Ekspertlərin fikri yekdildir: Ən azı Ermənistanda keçiriləcək seçkilərin nəticəsi bəlli olana qədər heç bir müharibədən söhbət gedə bilməz.

Seçkilər bu ilin 20 iyununda keçiriləcək. Seçkilərdən sonra da hələ azı bir neçə ay seçkiətrafı söz-söhbət davam edəcək. Ona görə də payıza qədər müharibə ''tema''sı bağlanmış olur. Ekspertlər ABŞ-ın dövlət katibi Blinkenin president İlham Əliyevə etdiyi telefon zəngini də bununla əlaqələndirilər. Onların fikrincə, Qərb Paşinyan üçün maksimum yaxşı mühit yaratmaq fikrindədir.

Ertmənistanda keçiriləcək parlament seçkiləri öncəsi ölkədəki vəziyyət isə gərgin olaraq qalmaqdadır.

Seçkilərdə Nikol Paşinyanın əsas rəqibinin “Qarabağ klanı” olacağı da artıq aydındır. Bu klanın nümayəndəsi olan sabiq prezident Robert Koçaryan, müharibədəki məğlubiyyət faktorundan istifadə edərək, ölkədəki siyasi vəziyyəti maksimum körükləməkdədir.

Amma bütün cəhdlərə baxmayaraq, müharibədən dərhal sonrakı etirazlar artıq nəzərə çarpmır. Əvvəl meydanlara çıxan kütlənin indi heç onda biri ortada görünmür. Bu isə, Serj Sarqsyan, Vazgen Manukyan və Robert Koçaryanın artıq gücdən düşdüyünü göstərir.

Faktorlar bir neçədir. Birincisi, müharibə ritorikası erməni xalqını artıq qorxudur, həm 44 günlük savaşdakı məğlubiyyət, həm də 30 illik münaqişə Ermənistana heç nə vermədi. Blokada, işsizlik, kasıblıq həddinin ən aşağı minumuma qədər enməsi və minlərlə gəncin məhv edilməsi. Erməniyə bu lazımdırmı? Gözü qorxudulmuş xalqın cavabı həmən və dərhal “yox” olacaq.

İkincisi, Paşinyandan əvvəl hakimiyyətdə olmuş “Qarabağ klanı”nın hər iki nümayəndəsi son 20 ildə ölkəni talamaqdan, boş vədlər verməkdən başqa heç nə ilə məşğul olmadı.

Ölkədə korrupsiya halları baş alıb getdi, hakimiyyətdə yerli ermənilər sıxışdırılaraq uzaqlaşdırıldı, ordu diz çökdürüldü.  

Ümumilikdə, xalqın hansı namizədi dəstəkləyəcəyini tərəflərin daxili siyasət xəttindən daha çox xarici siyasət kursu təyin edəcək. Ermənistanda maraqlarını artıq daha da möhkmləndirmiş Rusiya, eləcə də “demokratiya” çırağı altında ''şpionaj''lığını dərinləşdirən ABŞ üçün bir müddət regionda sakitlik lazımdır.

Bu regiondan keçməsi planlaşdıran ən optimal beynəlxalq marşurutların işləməsi indi bir çox böyük dövlətlərin maraq çərçivəsindədir və Ermənistanın da düşdüyü vəziyyətdən yeganə xilas yoludur.

Bu kontekstdə Paşinyan sadalanan faktorlar üçün daha konstruktiv və “sözəbaxan” görünür.

Bir çox erməni politoloqları da düşünür ki, ABŞ prezidenti Co Baydenin 24 aprel çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinin böyük səbəblərindən biri də məhz Paşinyanın nüfuzunu artırmaq və onun hakimiyyətinin davam etməsinə nail olmaqdır. Çünki müharibədə məğlub olan və sərsəm bəyanatları ilə gülüş hədəfinə çevrilən Nikola hansısa yolla erməni xalqının etimadını yenidən qazanmaq lazımdır.

Ermənilərin Qarabağı bir daha işğal etməsi mümkünsüz olduğundan, Paşinyanın hakimiyyətdə qalması üçün tək “kozır” elə uydurma soyqırımın Vaşinqtonda səsləndirilməsi idi. Baydenə qədər heç bir Amerika prezidentinin bunu deməməsi, Nikola qədər isə heç bir Ermənistan liderinin buna nail olmaması erməni xalqında “Paşinyan sevgisi”ni artırmaya bilməz deyə düşünlür.

Erməni politoloq Levon Şirinyanın sözlərinə görə, Bayden çıxışında Ermənistanda dövlət çevrilişi ilə hakimiyyət dəyişikliyinin olmayacağına da işarə edib. Bu, ABŞ-ın Paşinyana dəstəyini konkret nümunəsidir.

Lakin bu seçkilərdə Nikol Paşinyanın asanlıqla qələbə qazanacağı və “Qarabağ klanı”nın öz revanşist niyyətlərindən əl çəkəcəyi demək deyil.

Həmçinin Şirinyan mövzu ilə bağlı açıqlamasında “Seçkilərdə Ermənistanı bataqlıqda saxlamağın tərəfdarı olan xarici qüvvələr və inqilab tərəfdarı olan qüvvələr olacaq”, - deyə bəyan edib. Politoloq bu açıqlaması ilə Ermənistanda siyasi gərginliyin hələ uzun müddət davam edəcəyini işarə verib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO