Xankəndi və Ağdərənin keçmiş qondarma “merləri”ndən olan Qarabağ separatçıları Ermənistanda həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, qondarma rejimin “məmurları” David Sarkisyan və Mişa Qürdcan Ermənistanda saxlanılıb.Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər.
Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da eyni ittihamla saxlanılıb.
Bizim.Media