İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.
Həmçinin görüş zamanı Ermənistan-Azərbaycan arasında danışıqlar prosesi çərçivəsində baş verən son hadisələrə və uzunmüddətli sülhün bərqərar olması perspektivlərinə toxunulub.
Bizim.Media