Gürcüstanın paytaxtı Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qarşı etiraz aksiyaları bərpa edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, etirazçılar Rustaveli prospektini bağlayıblar.
Bildirilir ki, aksiyaya qoşulan insanların sayı getdikcə azalır, hətta telekanalların da mitinqlərə marağı qalmayıb. Belə ki, bu gün keçirilən aksiyanı heç bir telekanal canlı yayımlamır.
Bizim.Media