Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanuna etirazlara görə “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu haqda ölkə parlamenti bəyanat yayıb.
“Parlament binasında saat 17:00-dan “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edilib. Mayın 14-də Gürcüstan parlamentinə təhlükənin xüsusiyyətləri nəzərə alınaraq parlament aparatının rəhbərinin zəruri hesab etdiyi şəxslər istisna olmaqla heç kim buraxılmayacaq”, - deyə bəyanatında qeyd edilib.
Bizim.Media