İrəvanda keçirilən etirazlarda bu gün saxlanılanların sayı 63 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mənbə yazır ki, etirazçılar şəhərin bir neçə küçəsini bağlayıb.
Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etiraz aksiyaları keçirirlər.
Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.
Ötən gün isə 156 nəfərin saxlanılıb və sonradan sərbəst buraxılıb.
Bizim.Media