“Azərbaycan və Ermənistan nəhayət ki, sülh müqaviləsi imzalamaq və regiona gedən nəqliyyat marşrutlarını tamamilə açmaq yolundadır. Odur ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında keçilən görüş tarixi ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında milli qurultayın üzvü Talqat Kaliyev jurnalistlərə açıqlamasında bildirib.
O, Qazaxıstan rəhbərliyinin diplomatik təcrübəsinə və hazırkı şəraitə əsaslanaraq, Almatı formatındakı danışıqların məhsuldar ola biləcəyini vurğulayıb. Kaliyev bunu Qazaxıstanın hər iki ölkə (Azərbaycan və Ermənsitan) ilə etimad münasibətlərində olması ilə əlaqələndirib.
Bizim.Media