Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Daha əvvəl T.Urixanyan İrəvan Ağsaqqallar Şurasına seçilib. Daha sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb.
Bizim.Media