Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
“Ermənistan Respublikası Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın bununla nəzərdə tutulmuş fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək.
Eyni zamanda İrəvan bu qərarın məhdud sayda iştirakçı ilə qəbul edilməsinə etiraz etmir”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media