Korotçenko: “Moskva səfəri Paşinyanın son şansıdır, əgər fürsəti qaçırsa...” – ÖZƏL 

“Ermənistan-Rusiya münasibətləri müasir tariximizin ən pis dönəmini yaşayır. Təbii ki, münasibətlərin bu qədər korlanmasında əsas səbəb Ermənistanın dostluğa sığmayan, hətta deyərdim ki, düşməncəsinə apardığı anti-Rusiya kampaniyasıdır. Belə bir vəziyyətdə erməni baş nazirin Moskvaya səfəri çox maraqlı görünür. Bu səfər bəlkədə münasibətlərin aydınlaşdırılmasında və Rusiya əleyhdarı qüvvələrin Ermənistana gətirilməsi təşəbbüslərinin qarşısının alınmasında sonuncu şansdır”. 

Bu fikirləri Nikol Paşinyanın bu gün baş tutacaq Moskva səfərini Bizim.Media üçün şərh edən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko deyib. 

O bildirib ki,  Putinlə Paşinyan artıq xeyli müddətdir ki, görüşmürlər:

“İki liderin sonuncu görüşü 2023-cü ilin dekabrında olub. Amma nəzərə alaq ki, Paşinyan Moskvaya rəsmi dəvət edilməyib. O sadəcə Avrasiya İqtisadi İttifaqının yubiley tədbirində iştirak üçün gəlir. Üstəlik, Ermənistan hazırda Aİİ-ə sədrlik edir. Ona görə də Paşinyan protokol qaydalarına əsasən öz vəzifəsini icra etməyə gəlir. 

Amma bu səfər çərçivəsində Paşinyanın Rusiya lideri ilə təkbətək görüşü də planlaşdırılır. Bu görüşdə isə müzakirə ediləsi çox məsələ var. Yəqin ki, Putin bu görüşdə daha əsaslı arqumentlərlə Paşinyanı başa salacaq ki, Ermənistanın apardığı anti-Rusiya kampaniyası hər iki tərəfə çox böyük zərər verir. 

Hesab edirəm ki, bu görüş pozitiv əhval-ruhiyyədə olacaq. Ən başlıcası isə Ermənistan nəhayət başa düşməlidir ki, onların götürdüyü Qərbə meyillənmək siyasəti ölkəyə heç bir iqtisadi və siyasi dividend gətirmir. Əksinə, bu təşəbbüslər Ermənistanın mövcud durumunun və onun xarici iqtisadi əlaqələrinin pisləşməsinə təkan verir”. 

İqor Korotçenko onu da qeyd edib ki, Paşinyan bir ay öncə Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündə iştirak edib:

“Həmin görüşdə Paşinyana vəd olunmuşdu ki, Ermənistanın təhlükəsizliyi üçün müəyyən hərbi yardımlar ediləcək. Hətta Ermənistanın gələcəkdə Aİ üzvlüyünə namizədlik məsələsinə də baxıla bilər. Baxmayaraq ki, 1999-cu ildə Aİ bu namizədliyi Gürcüstana da verib. Amma ötən 25 ildə ortada heç nə yoxdur. 

Çox təəssüf ki, Qərb həmişə olduğu kimi bu dəfə də səmimi deyil. ABŞ və Aİ Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistandan alət kimi istifadə edir. Hədəf odur ki, Ermənistanı silahlandırmaqla Azərbaycana və digər müttəfiqlərinə qarşı yeni cəbhə açılsın. 

Burada əsas hədəflərdən biri də Ermənistanı KTMT-dən çıxartmaqdır. Ona görə də bugünkü görüşlər ola bilsin ki, Rusiya ilə Ermənistanın, eləcə də Ermənistanla digər müttəfiqlərin arasında münasibətlərin normallaşdırılması üçün son şans olsun. Əgər bu şans bu dəfə də qaçırılsa, onda yəqin ki, Moskva ilə İrəvan arasında münasibətlər geri dönüşü olmayan bir məcraya yönələcək”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO