Ermənistandan deportasiya olunan Qazaxıstan vətəndaşı, “Orbeli” mərkəzinin keçmiş mütəxəssisi Andranik Ovannisyan Telegram kanalında Zəngəzur mahalı ilə bağlı video yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
"Ermənistanın mövcud hakimiyyət orqanlarının əmri ilə Ermənistan Respublikasının cənub-şərqində, Zəngəzur mahalında (Sünik) erməni tərəfi birtərəfli qaydada strateji mövqeləri Azərbaycana verir”, deyə o, qeyd edib.
Söhbətin hansı ərazidən getdiyi açıqlanmır.
Ovannisyanın bu iddialarına rəsmi İrəvan hələ münasibət bildirməyib.
Bizim.Media