Ermənistanda Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz edənlər fərqli aksiya keçiriblər.
Bizim.Media xəbər verir ki, onlar bəzi yaşayış məntəqələrinin adlarının yazıldığı lövhələrin altında üzərində erməni və Azərbaycan dilində sözlər yazılmış kiçik lövhələr yerləşdiriblər.
Lövhələrdə yazılıb:
"Əgər sən Nikola dəstək olsan, mən çevrilib olacağam Ellər/İrəvan/Qəmərli"
Bir növ lövhələrin adından əhaliyə çağırış edilib.
Guya lövhə deyir:
"Sən Paşinyanın yanında olsan, mən Yerevan dönüb olacam İrəvan".
Bizim.Media