Ermənistan ordusunun biabırçı məğlubiyyəti, hərbi sıralarda baş alıb gedən fərarilik, hərc-mərclik bu ölkənin silahlı qüvvələrini gülüş obyektinə çevirib.
Bizim.Media xəbər verir ki, Türkiyənin Ağrı bələdiyyəsinin sədri Savcı Sayan da yaranmış vəziyyətə ritorik yanaşıb.
O, Tvitter hesabında erməni əsgərləri “ruhlansın” deyə Ağrı dağının Ermənistana baxan hissəsini Azərbaycan və Türkiyə bayraqlarının rəngində boyayacağını deyib:
"Bu görüntünü tezliklə Ermənistanla üzbəüz olan Ağrı dağının yamacında görəcəksiniz. Ümid edirəm ki, bu, Ermənistanın döyüş ruhunu yüksəldər”-deyə Savcı Sayan əlavə edib.
Bizim.Media