Qazaxla sərhəddə yerləşən Tovuzqala (Tavuş) vilayətinin Kirants kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.
Mənbə yazır ki, Ermənistan parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib və bildirib ki, kənd iki hissəyə bölünəcək.
Qeyd edək ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kirantsda delimitasiyaya olunan 11 nöqtənin mövcudluğunu bildirmişdi.
Bizim.Media