Ermənistanın təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı AÇIQLANDI

"Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Dövlət Komissiyasına Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələrindən çox saylı müraciətlər daxil olur".

Bizim.Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov apa.az-a müsahibəsində deyib.

O bildirib ki, bu müraciətlər iki istiqamətdədir:

"Birinci istiqamət itkin düşmüş şəxs kimi qeydiyyatda olan vətəndaşların taleyinin müəyyən olunması ilə bağlı ailələrin intensiv müraciətləridir. Əlbəttə ki, gündəlik iş prosesində biz onlarla davamlı şəkildə və müntəzəm işləyirik. 

Bununla bağlı Dövlət Komissiyasına həm vətəndaşlar özləri birbaşa müraciətlər edirlər, həm də “81-61” qaynar xəttinə gündəlik müraciətlər olur. Bu həm də onunla bağlıdır ki, Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində təxminən 11 minə yaxın şəxs barədə bioloji nümunələr toplanaraq sistemləşdirilib və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hərbi hospitalında yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılıb. 

Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar. Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi işi həyata keçirilir və bu meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır".

İsmayıl Axundovun sözlərinə görə, müraciətlərin ikinci istiqaməti isə vaxtilə Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə itkin düşmüş yaxınları barədə müraciət etməmiş şəxslərdən daxil olur: 

"Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra insanlarda itkin düşmüş yaxınlarının tapılması üçün böyük ümidlər yaranıb. Hazırda ailələr tərəfindən çox saylı müraciətlər davam edir. Paralel olaraq, həm Dövlət Komissiyasına, eyni zamanda, hüquq-mühafizə orqanlarına, xüsusilə Baş Prokurorluğa da müraciətlər daxil olur.

Daxil olmuş müraciətlərin təhlili, onlarla bağlı zəruri araşdırma və sənədləşmə işləri başa çatdırıldıqdan sonra Dövlət Komissiyasının sədri, cənab Əli Nağıyevin müvafiq göstərişinə əsasən artıq 30 nəfər Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 
Dövlət Komissiyasının əvvəlki statistikasına görə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sayı 3890 nəfər idisə, hazırkı statistikaya əsasən bu say artıq 3920 nəfərdir. Ancaq müraciətlərin davam etdiyini nəzərə alsaq, bunun son say olmayacağını deyə bilərik".

İsmayıl Axundov onu qeyd edib ki, artıq ictimaiyyətə açıqlandığı kimi, Vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb:

"Bundan başqa, Vətən müharibəsindən sonra 2022-ci ilin mart ayında Azərbaycan Ordusunun 2 əsgəri Laçın rayonu ərazisində hava şəraitinin kəskin dəyişməsi şəraitində itkin düşüblər. Əlbəttə ki, qeyd olunan 8 hərbçimiz də itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 

Beləliklə, ümumi statistik nəticəyə əsasən, hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın sayı 3928 nəfərdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

21 Mart Beynəlxalq Novruz Günüdür

21 Mart Beynəlxalq Novruz Günüdür

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Narelle qasırğası Avstraliyanı cənginə alıb

Trampın Kuba planı

Trampın Kuba planı

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

Novruz festivalında istedadlı uşaqların əl işləri və rəsm əsərləri nümayiş etdirildi - FOTO

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

ABŞ Rusiyanın iki vətəndaşını sanksiya siyahısından çıxardı

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

Tramp: “Ukrayna İranla bağlı vəziyyətdə ABŞ-a kömək etmədi”

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

"Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır"

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Qalatasaray”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Zirə”nin legionerləri milli komandada

“Zirə”nin legionerləri milli komandada

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

End of content

No more pages to load

RADİO