İrəvanın 15 km cənub-şərqində 2.3 bal gücündə zəlzələ baş verib.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.
Mənbə bildirir ki, zəlzələ saat 03:54 radələrində qeydə alınıb. Hiposenter 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların gücü 3 bala çatıb.
Bizim.Media