“Hazırda Ermənistan və Rusiya arasındakı münasibətlər çətin dövrdən keçir. Onların ölkənin dövlətçiliyi, suverenliyi təhlükəsizliyi və iqtisadiyyatı üçün əhəmiyyətini “yüksək qiymətləndirmək çətindir”.
Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, Rusiya ilə münasibətlərində heç bir yanlış addım atmadıqlarını bildirib:
“Elə bir yer yoxdur ki, həmkarlarımız bizi öhdəlikləri yerinə yetirməməkdə ittiham eləsinlər”.
Onun sözlərinə görə, əks hallar da çoxdur.
Bundan öncə Rusiya Xarici İşlər Nazirliyi Paşinyanı Qərbin Ermənistanı aldatmasının qarşısını almağa çağırıb.
Bizim.Media