“Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir. Sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani aprelin 5-də Brüsseldə baş tutan Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşünü şərh edərkən bildirib.
O qeyd edib ki, məhz buna görə də regional formatların, o cümlədən “3+3” formatının imkanlarından istifadə etmək vacibdir:
“Bu baxımdan sülh və sabitliyi möhkəmləndirmək, qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək lazımdır”.
Bizim.Media