Brüssel ŞOUSU – Qərbin yalançı izahatları fonunda Ermənistanı gözləyən XAOS – TƏHLİL 

Bu gün Brüsseldə ABŞ dövlət katibi Antoni Blinkenin, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Bu görüşün nəticəsi regionda geosiyasi mənzərəni əsaslı şəkildə dəyişə bilər. 

Ən pisi də odur ki, bu dəyişiklik regionu sonu görünməyən müharibəyə düçar edə bilər. Təsadüfi deyil ki, Azərbaycan hadisələri qabaqlamaq üçün artıq neçə zamandır ki, davamlı iş aparır, öz narahatlığını ABŞ, Aİ və digər maraqlı dövlətlərin diqqətinə çatdırır. Hətta martın 27-də Azərbaycan Xarici İşlər Nazirliyi Brüssel görüşü ilə bağlı bəyanat yaydı. 
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ: “Brüssel görüşü qorxunc hadisələrin anonsudur” – MÜSAHİBƏ 


Həmin bəyanatda açıq şəkildə göstərilirdi ki, Qərbin Brüssel görüşündə əsas məqsəd Ermənistanı NATO-laşdırmaq və beləliklə də regiondakı güc balansını Qərbin xeyrinə dəyişməkdir. 

Qərbin Cənubi Qafqaza soxulması gərginliyin artmasına səbəb olur

Çünki, rəsmi İrəvan Qərbi ən qısa zamanda Ermənistana gətirmək istəyir. Amma Paşinyan höküməti sanki unudur ki, Ermənistan KTMT hərbi blokunun üzvüdür. Ən əsası Ermənistanda Rusiyanın hərbi bazası var. Belə olan təqdirdə Qərbin, daha konkret desək, NATO-nun Ermənistanda peyda olması çox təhlükəli hadisələrdən xəbər verir. 

Ermənistanın qlobal güclər tərəfindən hərbi poliqona çevrilməsi təbii ki, Azərbaycanı və digər region ölkələrini də narahat edir. Ona görə də Azərbaycan dəfələrlə çağırış etdi ki, Brüssel görüşü indiki zamanda Cənubi Qafqazda gərginlik yaratmaqdan başqa bir şeyə xidmət etmir. 

Qərbin qəbahəti üzründən böyükdür

Azərbaycanın haqlı narahatlığı və qətiyyəti qarşısında əvvəlcə ABŞ-ın dövlət katibi Antoni Blinken, dünən isə AK-nin Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi etdi. Hər iki şəxs Azərbaycan liderini inandırmağa çalışdı ki, Brüssel görüşünün Azərbaycanın siyasi-iqtisadi maraqlarına heç bir zərəri olmayacaq. 

Prezident İlham Əliyevə edilən hər iki zəng ilk növbədə Azərbaycanın və Azərbaycan lideri İlham Əliyevin nüfuzundan xəbər verir. ABŞ və Aİ-nin Ermənistanla bağlı verdiyi qərarları Azərbaycan Preizdenti ilə müzakirə etməsi o deməkdir ki, Qərb Azərbaycanla, Prezident İlham Əliyevlə hesablaşır. 

Üstəlik, Qərb yalvar-yaxar edir ki, Brüssel görüşündə Azərbaycanla bağlı heç bir məsələ müzakirə edilməyəcək. Bu hesabatlılıq bütün hallarda çox qürurvericidir. Yəni Azərbaycan dövləti elə bir mərtəbəyə gəlib ki, Qərb bəzi planlarını Azərbaycanla razılaşdırır. Qərb indiki halda ən azından Azərbaycanın incik qalmasını istəmir. 

Bu böyük diplomatik uğurdur. 

Qərbin Ermənistanı NATO-laşdırması digər region dövlətləri kimi Azərbaycanın da maraqlarına toxunur.

Çünki 4 il əvvəl Azərbaycan Ermənistanın hərbi kapitulyasiyasına nail olmuşdu. 44 günlük müharibədən sonra Ermənistan ordusu demək olar ki, məhv edilmişdi. Ötən 4 ildə Ermənistan hər vasitə ilə məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Məhz buna görə də rəsmi İrəvan 10 noyabr Bəyannaməsinin və 11 yanvar Anlaşmasının bəndlərinin icrasından müxtəlif vasitələrlə boyun qaçırıb. Belə bir həssas məqamda da Qərb ortaya atılır ki, “biz Ermənistan ordusunu modernləşdiririk”. 

Bəs, Qərbin bu planı Ermənistanı revanşa həvənsləndirməyəcək?

Bax, Azərbaycanı narahat edən əsas məsələ budur. Bəli, Qərb Ermənistana gəlməklə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və İrana daha yaxın olmaq istəyir. Qərbin hələlik Azərbaycanla bağlı Ermənistanda heç bir planı yoxdur. Amma Antoni Blinken də, Ursula Fon der Lyayen də indiki vəziyyətdə bir məsələni unudur ki, Ermənistan dövləti Rusiya və İranla düşmənçilik etmir, ermənilərin düşmən kimi gördüyü iki dövlətdən biri Azərbaycan, digəri isə Türkiyədir. 

Yəni sabah Ermənistan hərbi potensialını gücləndirsə, o zaman ilk hədəf aldığı ölkə Azərbaycan olacaq. O zaman Ermənistan nə ABŞ-ı, nə də ki, Aİ-ni eşitmək istəməyəcək. Necə ki, 44 günlük müharibədən sonra  Ermənistan Rusiyanı eşitmək və görmək istəmir. 

Azərbaycan Qərbin Cənubi Qafqaz planlarından xəbərdardır. 

Müəyyən mənada həmin planlar Azərbaycan üçün ikinci dərəcəli məsələdir. Amma Azərbaycanın narahatlığı Ermənistanın proqnozlaşdırılmayan təxribatlarıdır. Son 150 ildə ermənilər Azərbaycanı və Türkiyəni özlərinə düşmən elan ediblər. Baxmayaraq ki, ermənilərin var olması və dövlət kimi mövcudluğunu saxlamasında bu iki dövlətin imkanlarından az istifadə edilməyib. Ona görə də Qərbdən hərbi dəstək alan Ermənistan birinci növbədə Azərbaycana qarşı təxribatlara başlayacaq.

Azərbaycanın digər narahatlığı isə Fransa ilə bağlıdır. Son 3 ildə Fransa çox çalışdı ki, Cənubi Qafqaza soxulsun, Azərbaycan və Türkiyəyə qarşı məkrli planlarını icra etsin. Lakin Azərbaycan və Türkiyənin qətiyyəti sayəsində Fransanın bütün planları iflas etdi. Amma Makron höküməti bəd niyyətlərindən əl çəkməyib. Fransızlar bu dəfə Aİ-nin bayrağı altında Cənubi Qafqaza soxulmaq istəyir. Ona görə də Brüsseldə qəbul ediləcək istənilən qərar Ermənistandan qabaq Fransanın maraqlarına xidmət edəcək. 

Fransanın isə Azərbaycana qarşı düşmənçilik mövqeyi hər kəsə bəllidir. 

Təsadüfi deyil ki, Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid etməsi bunun sübutudur. 

“Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır”, “Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər”, “Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar vəziyyəti sakitləşdirməyə kömək etmir” –deyə Edmondo Çirielli narahatlığını dilə gətirib.

Yəni ABŞ dövlət katibinin və AK prezidentinin  Prezident İlham Əliyevə zəng etmələri nəyisə ifadə etsə də, heç də bütün suallara cavab vermir. Bu gün Fransa NATO və Aİ bayrağı altında Ermənistana soxulmaq, Azərbaycanla yarımçıq qalmış planlarını icra etmək istəyir.

Bir sözlə, bütün və ən yüksəksəviyyəli zənglərə rəğmən Azərbaycan Brüssel görüşündən narahatdır. Və bu narahatlığın saydığımız və saymadığımız kifayət qədər səbəbləri var. 

Azərbaycanı narahat edən digər səbəbsə region dövlətlərinin susqunluğudur. 

Bu gün Qərb Cənubi Qafqaza məhz Rusiya və İran üçün gəlir. Bunu hər kəs bilir. Amma nədənsə İran inadkarcasına susur. Rəsmi Tehran bəyəm bilmir ki, Qərb Cənubi Qafqaza sülh və əmin-əmanlıq gətirmək üçün gəlmir?!

Qərb əzəli rəqibi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və İranı daha yaxından izləmək istəyir. Bu proses isə heç də ağrısız-acısız olmayacaq. 

İlk növbədə Ermənistan üçün...

Bəlkə də bugünkü Brüssel görüşü Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoyacaq. Eyni zamanda, İran və Rusiyada prosesin gedişində ciddi itkilərlə üzləşəcək. 

Bütün hallarda Brüssel görüşü  Cənubi Qafqaza və digər region ölkələri üçün ancaq münaqişə, müharibə və xaos vəd edir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

Gəncədəki ağır qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

“Ordu” və “Azərreyl” QALİB GƏLDİ

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

Alyaskada 6 bal gücündə ZƏLZƏLƏ OLDU

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

“Haranı açıram qışqırırlar, elə bil dəlixanadır” - VİDEO

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb

Hərbçimiz Laçında minaya düşdü

Hərbçimiz Laçında minaya düşdü

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

"20 Yanvar" dairəsindəki sıxlıq aradan qaldırıldı - YENİLƏNİB/FOTO

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Bölgə klubunun yeni baş məşqçisi AÇIQLANDI

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Honq-Konqdakı yanğında ölənlərin sayı 83-ə çatdı - YENİLƏNİB/VİDEO

Acun Ilıcalı yeni kanallar ALACAQ

Acun Ilıcalı yeni kanallar ALACAQ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

“Barselona”nın futbolçusu ZƏDƏLƏNDİ

İctimai binalarda elektrik enerjisinin verilişi ilə bağlı DƏYİŞİKLİK EDİLDİ

İctimai binalarda elektrik enerjisinin verilişi ilə bağlı DƏYİŞİKLİK EDİLDİ

Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair QƏTNAMƏ qəbul etdi

Avropa Parlamenti Ukrayna üzrə nizamlanmaya dair QƏTNAMƏ qəbul etdi

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO