Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşla bağlı vəziyyəti (Qazaxın işğalda olan 4 kəndinin geri qaytarılması) sakitləşdirmək üçün istefa verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Mənbə qeyd edir ki, bununla bağlı Baş nazir təcili partiya toplantısı keçirib.
Erməni ekspertlərinin fikrincə, Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan hansısa müddətə vəzifəsindən getməyə qərar verib və özünü, həm də hökumətini “xilas etmək" fikrinə düşüb.
Yeri gəlmişkən, Ermənistanda növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçiriləcək.
Bizim.Media