Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müşaviri, siyasətçi Vladimir Poqosyan Tacikistan və tacik xalqı haqqında təhqiramiz ifadələrə yol verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə YouTube-da yayımlanan “Noyan Tapan” kanalında “Birbaşa mətn” verilişində bütün postsovet məkanının Rusiyadan uzaqlaşmasından danışarkən deyib.
“Orada nə qalıb? Bədbəxt Tacikistan və bədbəxt Qırğızıstan. Bunlar yarı ac və yarı kasıb ölkələrdir.
Tacikistan bu gün alçaldıcı siyasi vəziyyətdədir. Ölkə prezidenti Emoməli Rəhmon isə bu barədə Rusiya lideri Vladimir Putinin özünə dedi ki, “siz burada bizə ikinci dərəcəli vətəndaş kimi yanaşırsınız, gəlin bərabər şərtlərlə danışaq””, – deyə siyasətçi qeyd edib.