“Əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, milli təhlükəsizlik problemidir. Ümid edirəm ki, bu problemin olması bizim hakimiyyətin öz işində səhvə yol verdiyi anlamına gəlməyəcək”.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında deyib.
Paşinyan bildirib ki, bu mesajları verənlər, bu məsuliyyətlə danışmaq imkanı əldə ediblər və bu fürsətlə nə etdikləri də açıq-aşkar görülüb.
Bizim.Media