Sadaxlı-Baqrataşen keçid məntəqəsində Ermənistanı Gürcüstanla birləşdirəcək yeni körpünün inşasına başlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən yayıb.
Mənbə bildirir ki, iki istiqamətdə bir-birindən 1 m məsafədə iki ayrı körpü tikiləcək. Körpülərdə işıqlandırma və drenaj sistemləri olacaq.
Bu layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə İrəvan və Tiflis hökumətləri tərəfindən maliyyələşdirilən ortaq Ermənistan-Gürcüstan proqramıdır.
Bizim.Media