Moskvanın Şeremetyevo hava limanında sərnişinlərdən biri çantasında bomba olduğunu deyib.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Qadın İrəvana uçan təyyarəyə minən kimi stüardessalara vacib məlumat çatdırıb. Bildirib ki, onun əl yükündə bomba var. Nəticədə uçuş ləngiyib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib.
Bizim.Media