Aprelin 19-da Zod (Sotk) qızıl yatağının bir qrup əməkdaşı ona gedən yolu bağlayaraq etiraz aksiyası keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Mənbə yazır ki, etirazçılar uzun müddətdir maaşlarını almadıqlarından şikayət edirlər.
Aksiya iştirakçılarının sözlərinə görə, Zod qızıl yatağının direktoru onları aldadır və maaşlarını vermir. "Biz gördüyümüz işə görə 3500,000 dram almalıydıq, müdir isə bizə 120,000 dram verir".
Etirazçılardan biri 7 ay ərzində bu problemlə qarşılaşdıqlarını, amma hələlik həll olunmadığını deyib.
Bizim.Media