Erməni kilsəsi yalnız nifrət çağırışları ilə çıxış edir – Allahşükür Paşazadə

Martın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb. Görüşdə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub və gələcək fəaliyyət perspektivləri müzakirə olunub.

Bu barədə Bizim.Media-ya QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şeyxülislam A. Paşazadə Migel Anxel Moratinosun təmsil etdiyi qurumun dünyada dinlərarası dialoq prosesinə real töhfələrini yüksək dəyərləndirib. Dini lider BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin sivilizasiyalararası əməkdaşlıq işinə səy və əməlləri ilə mühüm dəstək verən Azərbaycan dövlətinin təşəbbüslərinə dəstək verməsini, ölkəmizin evsahibliyi etdiyi tədbirlərdə yaxından, fəal iştirakını xüsusi qiymətləndirib. QMİ sədri vurğulayıb ki, M.A.Moratinosun qarşıdakı mühüm əhəmiyyətli qlobal tədbir — VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının mədəniyyətlər və dinlərarası dialoq işinə böyük töhfə verəciyinə əmindir. Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayan Şeyxülislam A. Paşazadə Ali nümayəndənin bu sahədə fəal səylərini xüsusi xüsusi qeyd edib.

Moratinos Şeyxülislam A.Paşazadə ilə dünyanın bir çox ölkələrində aparıcı dinlərarası platformalar çərçivəsində görüş və əməkdaşlıq nümunələrini məmnunluqla xatırladaraq, Alyans xəttilə qarşıdakı tədbirlər barədə məlumat verib və bu bu tədbirlərdə Şeyxülislam A. Paşazadənin iştirakının arzuolunan olduğunu qeyd edib.
O, həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub. Şeyxülislam A.Paşazadə təəssüflə qeyd edib ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, dini liderə uyğun olmayan tərzdə nifrət çağırışları ilə çıxış edir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Gün ərzində neçə fincan çay içmək olar? - Həkim MƏSLƏHƏTİ

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Cəlilabadda avtomobilin vurduğu piyada ölüb

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

Namiq anasının MƏZARINDA: “Dik durmağa məcburuq” - FOTO

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

İran ABŞ-ı “misli görünməmiş cavabla” HƏDƏLƏDİ

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

İsrail Tehranda ballistik raket istehsalı ilə əlaqəli obyektləri vurdu - VİDEO

Ronaldo niyə milliyə çağırılmayıb?

Ronaldo niyə milliyə çağırılmayıb?

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Şamaxinka”dakı həmin avtobus zolağı ləğv edildi - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur” - VİDEO

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Dünyanın böyük aviaşirkətlərdən biri yanacaq qiymətlərinin artması səbəbindən reysləri AZALDACAQ

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

End of content

No more pages to load

RADİO