Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 14-də Azərbaycana səfər etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Bildirilib ki, səfərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Bundan əlavə, İ.Darçiaşvili ilə bir neçə ikitərəfli görüşlər nəzərdə tutulub.
Bizim.Media