Qərbi Azərbaycan İcması: “Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir”

Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir.

Bizim.Media xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan "Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir olunması aktları" adlı paneldə çıxışı zamanı deyib. 

"Bu gün biz hörmət, tolerantlıq və anlayışın irq, din və etnik mənsubiyyət sərhədlərini aşdığı bir dünyanın təşviqi istiqamətində birgə səyahətin yol ayrıcındayıq. Xüsusən də müsəlmanlara qarşı nifrət və qərəz, təəsüf ki, istəklərimiz üzərinə geniş kölgə salır. Bu, bir gündə ortaya çıxan problem deyil, son onilliklərdə daha da dərinləşmiş bir məsələdir", - o bildirib. 

İcma rəsmisi vurğulayıb ki, bu məqsədli şəkildə aparılan islamofobiya siyasətinin ilk qurbanları arasında bugünkü Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlılar da var:

"Tarixi qeydlər və hadisələr sübut edir ki, Ermənistan müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyün dövlət siyasəti kimi təsisatlaşdırılmasında qabaqcıl dövlət kimi tanınmışdır. Əslində Ermənistan sistematik islamofobiyanın ilk yayıldığı ölkədir. Ermənistan tərəfindən nəinki azərbaycanlıların sürgün edildiyi və qətlə yetirildiyini, həm də onlara məxsus zəngin mədəni irsin metodik şəkildə yer üzündən silindiyini xatırlatmaq belə mənə çox ağırdır". 

Ü.Zülfüqar diqqətə çatdırıb kii, Son 200 il ərzində, xüsusən 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər:

"Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması oldu və 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu Azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik bir dövlətə çevrildi. İndiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin qəsdən məhv edilməsi bu ölkənin dözümsüzlük siyasətinin sübutudur. 310-dan çox məscidin və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərn ağrılı bir xatırlatmasıdır.

Ermənistanda yeganə salamat qalan məscid olan İrəvandakı Göy Məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün Ermənistan tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir. Azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla köçürülməsi icmamızın özülünü sarsıtdı və azərbaycanlıların qeyri-maddi mədəni irsinə, o cümlədən ənənəvi musiqimizə, rəqsimizə, mətbəximizə, aşıq sənətinə böyük ziyan vurdu. Bu, bizim yaşadığımız mədəni soyqırımın miqyasını təcəssüm etdirir. Aşıq Ələsgərin abidəsinin və digər mədəni abidələrimizin dağıdılması Ermənistan hökumətinin kimliyimizi və irsimizi yer üzündən silmək üçün sistemli səy göstərdiyini sübut edir". 

Onun sözlərinə görə, məhv olmuş mədəni irsimizin tanınması və bərpası üçün UNESCO kimi beynəlxalq qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı və bu fakt vəziyyətimizi daha da ağırlaşdırır:

"Vaxtilə azərbaycanlıların kompakt şəkildə məskunlaşdığı torpaqlardan qovulması və bu ərazilərə başqalarının köçürülməsi yolu ilə burda yeni dövlətin yaradılması müasir tarixdə görünməmiş ədalətsizliyin göstəricisidir. Bu misli görünməmiş ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratdı və, onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, 30 il davam edən işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirdi. Anti-müsəlman siyasətini davam etdirən Fransa və beynəlxalq mexanizmlərdən sui-istifadə edən Ermənistan insan hüquqlarının və irqi ayrı-seçkiliyin mahiyyətinə istehza ilə yanaşır.

Ermənistanın, irqi ayrı-seçkilik baxımından özünün acınacaqlı nəticələrinə baxmayaraq, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bu zəmində iddialar qaldırması insan haqları dəyərlərini ələ salmaqdır. Bu, beynəlxalq ədalət sisteminin aşınmasını vurğulayır. Bu, sülh və ədaləti müdafiə edən bütün mütərəqqi xalqlar üçün oyanış çağırışı olmalıdır. 

İcma sözçüsü Ermənistan hökumətindən qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına şərait yaratmağı tələb edir:

"Odur ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması təkcə cəmiyyətimizə qarşı edilmiş səhvi düzəltmək baxımından deyil , eyni zamanda islamofobiya ilə mübarizə və onun kökünü kəsmək baxımından vacibdir. Qərbi Azərbaycan İcması olaraq 2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayaraq, ata-baba torpaqlarımıza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq istəyimizi ifadə etdik. Təəsüf ki, baş nazir nəinki bu müraciətə cavab verdi, hətta icmamızın üzvlərinin geri dönüş istəyini ərazi iddiası kimi təfsir etdi. Bu fakt özü-özlüyündə beynəlxalq hüquq çərçivəsində ədalət axtarışında qarşılaşdığımız çətinliklərdən xəbər verir.

Ona görə də mən beynəlxalq ictimaiyyəti azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasının təmin edilməsində bizi dəstəkləməyə çağırıram. Ermənistanın bizim qayıdışımızı təmin etmək, Azərbaycanın dini-mədəni irsini bərpa etmək və qorumaq üçün konkret addımlar atmasının vaxtı çatıb. Biz qərbi azərbaycanlılar hamı üçün sülhə, tolerantlığa və ədalətə sadiqliyimizi bir daha təsdiqləyirik". 
 
Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO