Alban-Udin xristian icmasının üzvləri Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndinə gəliblər.
Bizim.Media xəbər verir ki, onlar buradakı alban məbədində Pasxa münasibətilə dini mərasim keçirmək niyyətindədirlər.
Bildirilib ki, Tuğ kəndi zəngin dini və tarixi abidələri ilə seçilir. Bu baxımdan mərasimin burada keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bizim.Media