İranın Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
“Məlumat veririk ki, indi hazırlıq işləri gedir. Müvafiq olaraq növbəti dəyişikliklər barədə əlavə məlumat veriləcək”, - XİN-dən qeyd ediblər.
Bizim.Media