“Paşinyan Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub” - BƏYANAT 

Fransada səfərdə olan Ermənistanın baş naziri N.Paşinyan növbəti dəfə anti-Azərbaycan bəyanatlar verib. Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. 

"Vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır.

Dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı barədə müddəaları saxlanması məsələsinə aydınlıq gətirməlidir. 

Açıq-aşkar görünür ki, Ermənistanın Baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub.

Fransanın Ermənistana böyük miqdarda silahlar satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir. 
Biz N. Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik", - açıqlamada qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Güclü küləyin aşırdığı uşaq bağçasının dam örtüyü niyə bərpa edilmir? - AÇIQLAMA/FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

End of content

No more pages to load

RADİO