Türkiyənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.
Bizim.Media xəbər verir ki, 86 yaşlı eks baş nazir Ankara Universitetinin xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində anadan olub. İstanbul Universitetinin Hüquq fakültəsini bitirib.
1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri vəzifəsində işləyib. 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olub.
O, 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsində çalışıb. 1999-2000-ci illərdə isə yenidən TBMM-in sədri olub.
Bizim.Media