Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Xankəndidə erməni biznesmenlər- bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla görüşüb. Görüş aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra olub.
Bizim.Media “Hraparak” nəşrinə istinadla xəbər verir ki, onlar “Şərab respublikası” adlı restoranda nahar ediblər.
Qeyd edilib ki, Armen Balayan Robert Köçəryana yaxınlığı ilə tanınır. Odur ki, Rüstəm Muradovun bu görüşü Ermənistandakı hakim siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb.
Bizim.Media