Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, diplomatın xahişi əsasənda baş tutan görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə olunub.
Qaluzin nizamlanma üzrə üçtərəfli işlərin tez bir zamanda bərpa edilməsinin təcili zəruriliyini vurğulayıb.
Bizim.Media