2024-cü il yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində məlumat verib.
“Yanvarın 4-də İrəvan Bakıya Ermənistanla Azərbaycan araslndakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib. Lakin rəsmi Bakı bununla bağlı hələlik mövqe bildirməyib”, - deyə Qriqoryan qeyd edib.
Bizim.Media