Ermənilərin Zəngəzur TƏXRİBATI: Nüvədidə Azərbaycan izləri itirilir -  BƏYANAT - FOTOLAR

XIX əsrdən başlayaraq erməni şovinistlərinin Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı apardıqları düşmənçilik siyasəti və cinayətkar əməllər azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarından soyqırıma uğradılaraq təqib olunmalarına, qətlyamlarına, qovulma və tamamilə deportasiya olunmalarına gətirib çıxarıb.

Bizim.Media xəbər verir ki, bu fikirlər İrəvan Türk Cümhuriyyəti Millət Şurasının bəyanatında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə edib? - VİDEO


Qeyd edilib ki, 33 il öncə sonuncu azərbaycanlı əcdadlarımızın min illər boyu yaşamış olduğu Vətənimizi, qədim türk torpağı olan Qərbi Azərbaycanı tərk etdi, lakin həmin vaxt mənfur Ermənistan rejimi bir kəndi məhv edə, əhalisini qovub çıxara bilmədi:

Nüvədi kəndini və onun əsrlər boyu burada yaşayan qəhrəman Türk əhalisini. Amma qarşısına monoetmik erməni dövləti qurmaq vəzifəsi qoyan erməni faşizmi Nüvədi kəndini və sakinlərini hədəfə alaraq onları rahat yaşamağa qoymadı. 

“İrəvan xanlıgının ərazisində yaşayan türkləri nəyin bahasına olursa olsun, əcdadlarının ruhu uyuduğu torpaqlardan çıxartmaq Ermənistan Respublikasının rəsmi dovlət siyasəti oldugu üçün Nüvədi kəndinə erməni silahlı dəstələrinin davamlı təzyiq və hücumları təşkil olundu. Nəhayət, 7 avqust 1991-ci ildə  Ermənistan ərazisində əhalisi Türklərdən ibarət olan sonuncu Azərbaycan kəndi - Nüvədi düşdü, əhalisi isə Azərbaycan Respublikasının ərazisini köçməyə məcbur edildi.

Tarixən Azərbaycan torpağı olub Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən  Azərbaycan Respublikasının Cəbrayıl qəzasına tabe olub.

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları Sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli iclasının qanunsuz qərarı əsasında Nüvədi kəndi Azərbaycan SSR-nin Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mehri qəzasının inzibati idarəetməsinə verilib.

Bu sənəd uzun müddət rəsmən təsdiq edilməyib, nəhayət 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılaraq Azərbaycan  SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli qanunsuz fərmanı ilə rəsmiləşdirilib.

Azərbaycanın digər əraziləri kimi Nüvədi kəndinin də tarixi çox qədimdir və orada məskunlaşmış türk tayfalarının izləri bu günə qədər gəlir. Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən heç də geridə qalmır.

Tədqiqatçılar Nüvədi  ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı müqəddəs Ziyarətgahını  Babəkin adı ilə əlaqələndirirlər. 

Təəssüf ki, erməni vandalizmi dünyanın gözü qarşısında hələ də davam etməkdədir.

Belə ki, 10 noyabr 2020-ci il anlaşmasına uyğun olaraq Zəngəzur kolidorunun həmin ərazidən keçəcəyindən əndişələnən erməni militaristləri hal-hazırda xarabalıga çevirdikləri Nüvədi kəndinin qalıqlarını da böyük texnikaların köməyilə şumlayıb məhv edir, onu bir kənd-yaşayış məskəni kimi yer üzündən silməyə çalışırlar.

Biz, İrəvan xanlığından, Göyçə, Dərələyəz, Zəngəzur, Vedibasar, Qaraqoyunlu  və d. ərazilərdən qovulmuş beş milyondan artıq Türkün adından daim bizə dəstək olan, hüquqlarımızı qoruyan Azərbaycan Respublikası rəhbərliyinə, Azərbaycan-Ermənistan münaqişəsinə sülhməramlı tərəf kimi qatılıb, yalnız Dağlıq Qarabaga ermənilərini himayə və müdafiə edən Rusiya Federasıyasının rəhbərliyinə, dünya dövlətlərin rəhbərlərinə, habelə dünyada sülh vətəhlükəsizliyə gorə cavabdehlik daşıyan BMT-yə səslənir, Ermənistanın törətdiyi bu vəhşiliklərə son qoydurmağa çağırırıq” deyə bəyanatda bildirilir.

Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

End of content

No more pages to load

RADİO