Paşinyandan GERİ ADDIM – Rusiyanın üzünə bağlanan qapılar yenidən AÇILIR…

Paşinyanın komandası Rusiya qarşısında geri addım atmaq məcburiyyətində qaldı. Artıq geriçəkilmənin ilk işartıları görünməkdədir. Belə ki, dekabrın 26-da Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət təqibi dayandırılıb. Nəzərə alaq ki, bu cinayət işi artıq ikinci dəfədir ki, qapadılır. İlk dəfə 2021-ci ilin yazında bu cinayət işi qapadılmışdı. Lakin sonradan cinayət işi yenidən gündəmə gətirildi.

Səbəb nə idi?

Məlum olduğu kimi Köçəryan Ermənistandakı revanşistlərin lideri olmaqla yanaşı Kremlin yaxın adamıdır. Ona görə də Paşinyan Köçəryandan hər zaman ehtiyat edib. Paşinyan zaman-zaman Köçəryan üzərindən Moskva ilə bazarlıq da edib. Məhz bu bazarlıq hesabına iki dəfə Köçəryan haqqında açılmış cinayət işinə xitam verilib. Paşinyanın Sankt-Peterburqda səfərdə olduğu ikinci gündə Ermənistanın hüquq mühafizə orqanlarının belə bir qərar verməsi heç də təsadüf ola bilməz.

Bu hansısa gizli razılaşmanın görünən tərəfidir.

Nəzərə alaq ki, Paşinyan Rusiyaya son səfəri zamanı Putinlə ünsiyyəti heç də isti keçmədi. Bununla belə onların eyni ortamı bölüşməsi çox şeydən xəbər verir. Üstəlik, Paşinyan bu dəfə çox canfəşanlıq edirdi.

Məsələn, Ermənistanın Baş naziri Avrasiya İttifaqı Ali Şurasının toplantısına qatıldı və rotasiya qaydasında sədrliyi Rusiyadan təhvil aldı. Həmin tədbirdə Paşinyan təklif etdi ki, gələn ilin mayında Rusiyada İttifaqın yubiley sammiti keçirilsin. Onun bu təklifi Putin tərəfindən qəbul edildi.

Bunun ardınca dekabrın 26-da Paşinyan MDB başçılarının ənənəvi toplantısına qatıldı.

Paşinyanın “U” dönüşü

Halbuki, erməni baş nazir son bir neçə ayda qəti şəkildə bildirirdi ki, Ermənistan həm Aİİ-dən, həm MDB-dən, həm də KTMT-dən çıxacaq. Hətta bununla bağlı bəzi ekspertlər konkret vaxt da söyləmişdi. Guya ki, 2024-cü ilin yanvarında Ermənistan hər 3 təşkilatı tərk edəcək. Amma bu gün biz bu deyilənlərin tam əksini görürük. Ermənistan heç bir qurumu tərk etmir, əksinə Aİİ-nin sədrliyini Rusiyadan təhvil aldı. Üstəlik, Aİİ-nin yubileyinin keçirilməsini vacib saydı. Bütün bunlarsa onu göstərir ki, Paşinyan “daşı ətəyindən töküb”. Qibləsinin Kreml olduğu qənaətinə gəlib.

Əslində, Paşinyan üçün alternativ də yoxdur.

Sadəcə, erməni baş nazir Moskvaya bir az “naz etmək” istəmişdi. Yada salaq ki, Ermənistanın təkcə iqtisadiyyatı deyil, həm də dövlət büdcəsi Rusiyadan asılıdır. Ənənəvi olaraq hər ilin sentyabr-oktyabr aylarında Rusiyanın baş naziri və yaxud baş nazirin müavini İrəvana gəlir, oturub növbəti ilin büdcəsi müzakirə edilirdi.

Lakin bəlli səbəblərdən Rusiya bu il anoloji addımı atmadı. Bu isə Paşinyanın xətirinə dəydi və Nikol Rusiya ilə bütün körpüləri yandıracağına söz verdi. Bununla o həm rəsmi Moskvanı bir növ şantaj etmək istədi, həm də Qərbin nəbzini yoxladı ki, görsün, dar macalda avropalılar Ermənistana iqtisadi dəstək verəcək, ya yox?

Hadisələrin sonrakı inkişafı göstərdi ki, Qərbdən Ermənistana heç bir iqtisadi fayda yoxdur. Tək nicat qapısı Rusiyadır. Ona görə də Yeni il ərəfəsində Paşinyan Rusiyanın tövbə qapısına getdi.

Yada salaq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqın üzvü kimi gömrük və sərbəst ticarət qaydalarından böyük fayda götürür. Ölkənin ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İttifaqa daxil olan ölkələrin payına düşür. Bundan başqa ölkəyə daxil olan valyutanın həcmində Rusiyadan, Belarusdan və Qazaxıstandan göndərilən vəsaitlər əksəriyyət təşkil edir.

Rusiyanın enerjisi olmasa…

Ermənistan qaz, elektik enerjisi idxalında Rusiyadan böyük asılılığa malikdir, habelə iqtisadiyyatın digər sahələrində də müttəfiqin təzyiq rıçaqları kifayət qədər güclüdür. Hazırda Rusiya ilə münasibətlərin gərginləşməsi, Kremlin iqtisadi təzyiq alətlərini işə salmasına gətirib çıxara bilər ki, bu da Ermənistanda ciddi problemlər yaradar. Bu isə Qərbin bütün siyasi dəstəyinə rəğmən Paşinyanın sonu ola bilər. Ona görə də Nikol 2023-cü ilin son fürsətindən yararlanmağa qərar verdi.

Bəs, Paşinyanın bu qərarı onun üçün nə qədər faydalı olacaq?

Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın nə qədər su ehtiyatları var?

Azərbaycanın nə qədər su ehtiyatları var?

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

End of content

No more pages to load

RADİO