İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.
Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, qərarla Koçaryanın sərhədi keçməsinə qoyulan qadağa, eləcə də əmlakının üzərinə qoyulan həbs aradan qaldırılıb, girov pulu Koçaryana qaytarılıb.
Qeyd edək ki, Koçaryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu.
Bizim.Media