“Azərbaycan və Ermənistan arasında sülh heç vaxt bu qədər yaxın olmayıb. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Bəzi məsələlər qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik".
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün keçirilən brifinq zamanı bildirib.
“Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına kömək edən addımlar atır, İrəvanla Bakı arasında Sazişin bağlanması mümkündür”, - deyə Simonyan qeyd edib.
Bizim.Media