Ermənistan özünə yeni ağa tapıb, amma NÖKƏR olduğunu unudur… - TƏHLİL 

Xəbər verdiyimiz kimi, Baş nazir Nikol Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edib. Buna görə də Ermənistan üçün artıq bu bəyanatın heç bir anlam kəsb etmədiyini dilə gətirib:

“Rusiyanın şərtlərinə getməyəcəyimizi deyə bilmərəm. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı bir daha oxumalıyıq. Bu bəyanat yer üzündə heç nəyə əsaslanmır. Sənəddə Qarabağ münaqişəsinin həllini nəzərdə tutan variant yoxdur, hər şeyin əksini təklif ediblər!”

Erməni Baş nazir bu fikirləri ilə 10 noyabr bəyanatından imtina etdiklərini rəsmən təqsdiqləmiş oldu.

Baxmayaraq ki, son 6 ayda Ermənistanın destruktiv addımları bu fikri deməyə əsas verirdi. Nəhayət, rəsmi İrəvan bunu rəsmi şəkildə etiraf etdi. Qəribədir ki, Paşinyan sözügedən məsələnin günahını da Rusiyada görür: 

“Azərbaycanın Ermənistan ərazisinə bir neçə dəfə “müdaxilə”si zamanı (2021-ci ilin may və noyabr aylarında) İrəvan KTMT-yə və ikitərəfli səviyyədə isə Rusiyaya müraciət edib. Lakin qarşı tərəfdən heç bir reaksiya yoxdur. Bundan sonra isə 2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasından bəhs edən bəyannamə imzalanıb. Bununla da tərəflər milli maraqlara uyğun gəlməyən hərəkətlərə yol verməmək barədə öhdəlik götürüblər”.

Paşinyan bu sərsəmləmələri ilə 10 noyabr bəyannaməsini yox, həm də 11 yanvar anlaşmasını tanımadıqlarını bildirir.

Ermənistan oyunu yenidən başlamaq istəyir

Təbii ki, belə xəyanətkar addımı məhz “hay” olan birisi ata bilərdi. Paşinyan da bunu etdi. Həm 10 noyabr bəyannaməsinin, həm də 11 yanvar anlaşmasının altına Paşinyan Ermənistan höküməti adından imza qoyub. Sözügedən ölkənin Baş naziri imzası ilə ölkəsinin kapitulyasiyasını etiraf edib. O, Qarabağdakı hərbi birləşmələrin çıxarılmasına və Zəngəzur dəhlizinin açılmasına söz verib. Halbuki sonrakı 3 ildə öhdəliyinə götürdüyü heç bir işi icra etməyib. Üstəlik, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanan sənədlərdə Qarabağın statusu barədə hər hansı bir bənd yazılmayıb. 

Maraqlıdır, bu gün “xoruzlanan” Paşinyan niyə o zaman səsini çıxarmırdı?

Məlumdur ki, Paşinyanın bütün sərsəmləmələrinin arxasında Qərb dayanır. Biz dəfələrlə qeyd etmişik ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında Rusiyanın vasitəçi olmasını Qərb heç zaman qəbul etməyəcək. Çünki Qərb Rusiyanı hər zaman dünyaya şər qüvvə kimi təqdim edib. Belə “şər qüvvə”nin hansısa sülhün əldə olunmasında vasitəçi olması sadəcə Qərbin ifşası ilə nəticələnər. Ona görə də Qərb son 3 ildə bütün variantlara əl atdı ki, Rusiya vasitəçilikdən imtina etsin.

Qərb müəyyən qədər öz istəyinə nail oldu.

Artıq Rusiya Ermənistan-Azərbaycan danışıqlarında o qədər də aktiv deyil. Bunun bir səbəbi Rusiya üçün Ukrayna probleminin prioritet olmasıdırsa, digər səbəbi bu məsələni Azərbaycanın öz imkanları daxilində həll etməsidir. Bu gün Azərbaycanın Ermənistanla hər hansı bir münaqişəsi yoxdur. Amma arada mübahisə doğuran və həlli vacib olan məsələlər var. Bu məsələlərdə isə vasitəçiyə ehtiyac yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, ortadakı problemli məsələləri vasitəçilər olmadan ikitərəfli görüşlərdə danışıb, həll etmək olar.

Bununla belə Qərbin kölgəsinə sığınan və yalan vədlərə inan Ermənistan hələ heç nəyin bitmədiyini zənn edir. Əslində, belə bir görüntü yaratmağa çalışılır. Çünki bu cür görüntü həm Paşinyan iqtidarının, həm də Qərbin işinə yarayır.

Qərb nə istəyir?

Qərb Cənubi Qafqazda əbədi sülhün olmasını istəmir. Çünki Cənubi Qafqaz Qəzza bölgəsi kimi Qərb üçün çox həssas bölgədir. Hər iki ərazi təkcə Şərqlə Qərbin qovuşduğu yer deyil, həm də dinlərarası təmas məntəqəsidir. Bu ərazilərdə əbədi sülhün olması qlobal güclərin çirkin oyunlarını sonlandıra bilər. Buna görə də Qərbə sülh yox, münaqişə lazımdır. Ona görə də Qərb Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını minimuma endirəndən sonra burada yeni status-kvo yaratmaq istəyir. Bunun mahiyyəti isə ondan ibarətdir ki, 26 sentyabr 2020-ci ildən sonra bölgədə baş verən proseslər və onun nəticələri tanınmır və hər şey “0” nöqtəsinə gətirilir. 

Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni həll yolları ortaya atılır. Yeni təkliflər, yeni platformalar meydana çıxır. Nəticədə Azərbaycana yeni təzyiq imkanları qazanılır. Ən əsası “münaqişə” yeni labirintə salınır.

Ermənistan da Qərblə həmfikirdir.

Qərbin bu sərsəm, reallıqdan uzaq fikirləri rəsmi İrəvanın, həm də erməni diasporunun işinə yarayır. Əgər Qərbin dedikləri reallaşarsa, onda Paşinyan məğlub və səriştəsiz lider kimi tarixə düşməkdən xilas olar. Erməni diasporu da “Böyük Ermənistan” xəyallarına xərclənən milyardların izini itirmiş olar. 

Ona görə də Paşinyan nəhayət ki, özündə cəsarət tapıb, Qərbin sərsəm ideyasını ortaya atıb. Erməni baş nazir bu fikirləri ilə demək istəyir ki, Rusiyanın adı ilə bağlı olan heç bir anlaşma Ermənistan üçün keçərli deyil. Çünki Ermənistan özünə yeni ağa tapıb, amma nökər olduğunu unudur.
Lakin Paşinyan bir məsələni yaddan çıxarır ki, bu cür sərsəm bəyanatların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını öz qüdrəti ilə bərpa edib və Böyük Zəfərin nəticələrini hansısa dövlət ilə müzakirə etmək fikrindən çox-çox uzaqdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Mask süni intellektin imkanlarından danışdı: 3 il ərzində...

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Hərbi helikopter dənizə düşdü - Ekipaj üzvləri axtarılır

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

Nəriman ABŞ-da ilk oyununa çıxdı - KOMANDASI UDUZDU - VİDEO

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”

Şirvan sakini bıçaqlandı

Şirvan sakini bıçaqlandı

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır

İRANA XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

İRANA XƏBƏRDARLIQ: Hörmüz boğazı 48 saat ərzində açılmasa...

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

Tramp İranla razılaşmada maraqlı olmadığını açıqladı

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

İsrail Tehranda nüvə tədqiqat mərkəzinə zərbə endirdi

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

FHN-dən əhaliyə növbəti MÜRACİƏT

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

"Çelsi" Rozenyorun yeni müqaviləsində özünü necə sığortaladı?

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

AYNA: Sərnişinlərin 60 faizi bölgələrə səfərini onlayn bilet alaraq reallaşdırıb

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

Zeytun yağı yaddaşı qoruyur və beyin qocalmasını ləngidir - ARAŞDIRMA

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

İran Fars körfəzi ölkələrinə İsraildən daha çox zərbə endirir - KİV

Aynişan özünə ad günü keçirdi - VİDEO

Aynişan özünə ad günü keçirdi - VİDEO

İsmayıllıda EV YANDI

İsmayıllıda EV YANDI

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

Mahir Emreli keçmiş komandasına qarşı oynadı

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

“Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evə dustaq edilib” - VİDEO

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtdakı partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

ABŞ-a məxsus dəniz pilotsuz aparatı Türkiyə sahillərinə çıxıb - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

"Çelsi" və "Strasburq" azarkeşləri birgə etiraz aksiyası keçirəcəklər

End of content

No more pages to load

RADİO