Ermənistan dekabrın 4-də Aİ Şurasının C və bir sıra digər ölkələrə qarşı sanksiyalarla bağlı qərarına qoşulmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Ermənistan müzakirə olunan məsələlərə dəstək və həmrəylik nümayiş etdirmək üçün tez-tez Aİ-nin bəyanatlarına qoşulur. Amma İrəvan Aİ Şurasının dekabrın 4-də məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına konkret olaraq qoşulmayıb”, - deyə Badalyan qeyd edib.
Bizim.Media