"Əgər iki ölkə liderləri arasında razılaşdırılmış prinsiplər təsdiq edilərsə, o zaman yaxın gələcəkdə sülh sazişinin imzalanması çox realdır".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, çıxışı zamanı dünənki əsir mübadiləsini "sıfır nöqtəsi" hesab edib.
Xatırladaq ki, hər iki ölkənin təhlükəsizlik xidmətlərinin əməkdaşları dünən Qazaxla sərhəddə əsir mübadiləsini həyata keçiriblər.
Bizim.Media