Ermənistan prezidenti Armen Sarkisyan Ayk Çobanyanın yüksək texnoloji sənaye naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Mənbə yazır ki, fərmanda deyilir: “Ayk Çobanyan yüksək texnoloji sənaye naziri təyin edilsin”.
Qeyd edək ki, Ayk Çobanyan dünən Tavuş vilayətinin qubernatoru vəzifəsindən azad olunub.
O, bir neçə gün öncə açıqlama verərək Qazaxın işğal altındakı 6 kəndinin Azərbaycana qaytarılmayacağını açıqlamışdı.
Bizim.Media