"2021-ci ildə Ermənistan müxalifəti Nikol Paşinyanı devirmək üçün Rusiyaya müraciət edib. Lakin Rusiya tərəfi bundan imtina edib, çünki hakimiyyət dəyişikliyi 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə təsir göstərə və yeni müharibə ilə nəticələnə bilərdi".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin “Moskva danışır” radiostansiyasının efirində deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanda Rusiyaya ictimai dəstək zəifləyib:
"Buna səbəb Ermənistanda səhərdən axşama kimi insanların Rusiyaya qarşı nifrət hissinin yayılmasıdır".
Bizim.Media